AZ

Kişi tənhalığını necə aradan qaldırmaq olar Orijinal fikir

Lent az saytından alınan məlumata görə, ain.az bildirir.

İsveçdə kişi tənhalığı epidemiyası ilə radikal, lakin olduqca sadə bir üsulla mübarizə aparmağa qərar veriblər. Psixoloqlar müasir tanışlıq dünyasında “sağ qalmaq” üçün praktik təlimat hazırlayıb. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, statistikaya görə, isveçli gənclərin təxminən 30 faizi özünü təcrid olunmuş hiss edir və bu bələdçi onları yenidən “oyuna qaytarmaq” məqsədi daşıyır.

1-ci addım - balıqsız və güzgüsüz şəkil

İsveç qaydalarının ilk prinsipi: idman zalında güzgü qarşısında çəkilmiş selfiləri və xüsusilə də balıq tutduğunuz şəkilləri unudun. Balıqçılıq sizin hobbiniz ola bilər, amma profilinizdə bu, insanları uzaqlaşdırır.

Nə etmək lazımdır? Üzünüzün aydın göründüyü portret şəkil və real hobbinizi göstərən bir foto (balıq istisna olmaqla).

Profil mətni: Özünüz haqqında yazın, “ideal xanım” üçün tələblər siyahısı hazırlamayın. Dürüst olun: əgər sadəcə ünsiyyət axtarırsınızsa, bunu açıq şəkildə qeyd edin.

2-cı addım - ilk mesajın incəliyi

“Salam, necəsən?” və ya “Nə edirsən?” kimi mesajları unudun. 2026-cı ildə bunlar artıq “rəqəmsal səs-küy” sayılır.

Strategiya: Onun profilində bir detal tapın (məsələn, səyahət şəkli və ya kitab) və konkret sual verin.

Qadağandır: İlk mesajda xarici görünüşlə bağlı şərhlər, qrammatik səhvlər, kobudluq və ya seksual məzmunlu eyhamlar — bunlar sizi dərhal “qara siyahı”ya sala bilər.

Uğurun əsas sirri: duş qəbul etmək və dinləməyi bacarmaq

Real görüşə gəldikdə isə mütəxəssislər bəzən sadə görünən, amma çoxlarının məhz bu mərhələdə uğursuz olduğu tövsiyələr verir:

Əsas gigiyena: Duş qəbul edin, saçınızı yuyun, dezodorant istifadə edin və təmiz, səliqəli geyim seçin.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
lent.az

1Mənbələr