ain.az bildirir, Yeniavaz saytına əsaslanaraq.
Amerika Kino Sənətləri və Elmləri Akademiyası 2027 və 2028-ci illərdə keçiriləcək 99-cu və 100-cü “Oskar” mükafatlandırma mərasimlərinin tarixlərini açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat təşkilatın rəsmi saytında öz əksini tapıb.
Məlumata görə, 99-cu “Oskar” mükafatlandırma mərasimi 2027-ci il martın 14-də, 100-cü “Oskar” mükafatlandırma mərasimi isə 2028-ci il martın 5-də keçiriləcək.
Məlumatda həmçinin bildirilir ki, mərasimlər ABC telekanalı tərəfindən 200-dən çox ölkədəki tamaşaçılara canlı yayımlanacaq.
Mərasimlər “Ovation Hollywood” otelindəki “Dolby Theatre”da baş tutacaq. 2029-cu ildən başlayaraq, növbəti on il ərzində isə mərasim “Peacock Theater”da keçiriləcək.
Qarşıdan gələn mərasimlərin aparıcıları hələ açıqlanmayıb.
Növbəti mükafatlandırma mərhələsi üçün namizədlərin seçilməsi yanvarın 1-də başlayıb və 31 dekabrda başa çatacaq. Namizədlər üzrə səsvermə 11-15 yanvar 2027-ci il tarixlərində keçiriləcək. Namizədlərin siyahıları 21 yanvar 2027-ci il tarixində açıqlanacaq. Son səsvermə 25 fevral - 4 mart 2027-ci il tarixlərində keçiriləcək.
Lakin, Akademiyanın məlumatına görə, həm 99-cu, həm də 100-cü ildönümlərinin mərasimlərinin tarixləri dəyişə bilər.
Qeyd edək ki, Kino Sənətləri və Elmləri Akademiyası kino sənayesində əsas təşkilatdır və bu sahədə 11 000-dən çox şəxsiyyəti və lideri birləşdirir. “Oskar” Mükafatları 1927-ci ildən bəri “Metro-Goldwyn-Mayer” və Akademiyanın qurucularından biri olan Luis B. Mayerin təşəbbüsü ilə Kino Sənətləri və Elmləri Akademiyası tərəfindən təqdim olunur. 2002-ci ildən bəri mükafatlandırma mərasimi Los-Ancelesdəki “Dolby Theatre”da (2012-ci ilə qədər “Kodak Theatre” kimi tanınırdı) keçirilir. “Oskar” heykəlciyində uzun qılınc tutan bir cəngavər təsvir olunub.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.