AZ

Azərbaycanın nəhəng şirkətində ciddi dəyişiklik – Tahir Gözelə yüksək vəzifə verildi

Azərbaycanın aparıcı sənaye qruplarından olan “Azərsun Holdinq”in idarəetməsində strateji dəyişiklik həyata keçirilib.

“Yeni Sabah” xəbər verir ki, Şirkətlər Qrupunun Müşahidə Şurasının sədri vəzifəsinə Tahir Gözel təyin edilib.

Bundan əvvəl həmin vəzifədə Əhməd Gözel çalışıb.

“Bu dəyişiklik ailə biznesinin növbəti nəslə etibarını və holdinqin müasir, innovativ idarəçilik modelinə keçidini simvolizə edir”, – şirkətdən bildirilib.

Tahir Gözel Şeffild Universitetinin Menecment fakültəsinin və Fransa Sup de Co Universitetinin məzunudur. O, “Greentech” və digər qlobal şirkətlərə rəhbərlik etməklə yanaşı, ölkəmizdə süni intellekt və İT sahəsində ən müasir standartlara cavab verən “Proxima” şirkətinin qurucusudur.

Yeni sədr “Azərsun Holdinq”in ixrac coğrafiyasını hazırkı 40 ölkədən 60-a çatdırmağı, istehsalatda AI əsaslı optimallaşdırmanı tətbiq etməyi və “Made in Azerbaijan” brendini dünyaya tanıtmağı hədəfləyir.

O, həmçinin “Qarabağ” Futbol Klubunun rəhbəri,  6 xarici dildə sərbəst danışan iş adamıdır, ailəlidir, 3 övladı var.

Qeyd edək ki, “Azərsun Holdinq”in Müşahidə Şurasının sədri uzun illər Abdolbari Gözel olub. O, 2025-ci il yanvarın 18-də xəstəlik səbəbindən Dubayda vəfat edib. Bundan sonra onun oğlu Əhməd Gözel Şirkətlər Qrupunun Müşahidə Şurasının sədri təyin edilmişdi.

Tahir Gözel də Abdolbari Gözelin oğludur.

Seçilən
16
39
editor.az

10Mənbələr