Fanat saytından verilən məlumata görə, ain.az xəbər verir.
"Əl-Əhli"nin və İngiltərə millisinin hücumçusu Ayvan Toni uzunmüddətli diskvalifikasiya oluna bilər.
Fanat.Az "Goal"-a istinadən xəbər verir ki, o, 12 ay müddətinə cəzlandırılmaq təhlükəsi ilə üzləşib.
Yerli futbol assosiasiyası hələ cəzanı təsdiqləməsə də, Toninin "Əl-Feyha" (1:1) ilə matçın hakimi haqda açıqlaması cəzanı qaçılmaz edir.
Hadisə "Əl-Feyha" - "Əl-Əhli" matçından sonra baş verib. Toni hakimləri sərt tənqid edib və iki aşkar penalti təyin etməyən ədalət təmsilçisinin qərarlarından narazılığını bildirib:
"Həlledici anlarda belə şeyləri görməzdən gəlmək və ya onlara göz yummaq sadəcə inanılmazdır. Aydındır ki, burada müəyyən maraqlar var. Qərarlar "Əl-Nəsr"in xeyrinə verilir ki, turnirdə qalib gəlsinlər.
Növbəti dəfə, lazım gələrsə, futbol haqqında heç bir təsəvvürü olmayan birini öz ölkəmdən dəvət edə bilərəm və o, bu klounların bəzilərindən daha yaxşı iş görər. Yəqin ki, həqiqəti danışdığım, şübhəli qərarlar və ya pis hakimlik haqqında həqiqəti söylədiyim üçün pis adam hesab olunuram".
Bu cür açıqlama həm oyunçunun, həm də Səudiyyə liqasının nüfuzuna təhlükə yarada bilər. Səudiyyə Futbol Federasiyasının qaydalarının "5/50-ci maddə"sinə əsasən, cəza bir ilə qədər diskvalifikasiya və 300 min riyala qədər cərimədən ibarət ola bilər.
Hazırda turnir cədvəlinə 27 oyundan 70 xalla "Əl-Nəsr" başçılıq edir. "Əl-Hilal" ikinci (68 xal, 28 oyun), "Əl-Əhli" isə üçüncü (66 xal, 28 oyun) yerdədir.
Abunə Ol
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.