AZ

Ukraynalıların NATO-ya təəccüblü münasibəti: Dəstək yüksək, inam yox

Ukrayna vətəndaşlarının 68,9%-i ölkənin NATO-ya üzv olmasını dəstəkləyir. Bununla belə, respondentlərin 40%-dən çoxu Alyansa etimad göstərmir.

Publika.az xəbər verir ki, bu barədə “European Pravda” nəşri “Yeni Avropa” Mərkəzinin sifarişi ilə keçirilən sorğunun nəticələrinə istinadən məlumat yayıb.

Araşdırmaya əsasən, respondentlərin 54,7%-i NATO-ya güvəndiyini bildirsə də, 41,5%-i əks mövqedədir.

Sorğuda iştirak edənlərin NATO-ya etimadına ən çox təsir edən amillər arasında Ukraynaya göstərilən yardım - 18,5%, ölkə üçün təmin edilən müdafiə - 13,3% və təhlükəsizlik zəmanətləri - 11,8% yer alır.

Eyni zamanda, NATO-ya inamsızlığın əsas səbəbləri kimi Alyansın müharibə dövründəki davranışı göstərilir. Respondentlər hesab edir ki, NATO kifayət qədər dəstək vermir, yavaş və qətiyyətsiz hərəkət edir.

Seçilən
22
publika.az

1Mənbələr