AZ

Braziliya çempionatında qorxunc statistika: İlk 10 turdan sonra 10 baş məşqçi istefa verib

Bakı, 9 aprel, AZƏRTAC

Braziliya çempionatında məşqçi istefaları ilə bağlı diqqətçəkən statistika qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, A Seriyasında 2026-cı il mövsümü yanvarın 28-də start götürüb. Aradan keçən 10 tur ərzində 20 komandadan 10-u artıq baş məşqçisini dəyişib. “Korintians”, “Şapekoense”, “Botafoqo”, “Santos”, “Kruzeyro”, “San-Paulu”, “Flamenqo”, “Remo”, “Vasko da Qama” və “Atletiko Mineyro” klubları baş məşqçilərlə yollarını ayırıb.

İstefa verən mütəxəssislər arasında tanınmış məşqçilər – Xorxe Sampaoli və Tite, həmçinin sabiq futbolçular Filipe Luis və Hernan Krespo da yer alır.

Seçilən
6
1
azertag.az

2Mənbələr