Tovuz rayonunda valideynlər üç övladından imtina edib.
Publika.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, ailəsinin imtina etdiyi üç uşaq - İ. Ələsgərov (2024), İ.Ələsgərov (2019) və Y. Ələsgərov (2018) polisin nəzarəti altında Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Qeyd olunub ki, valideyinləri uşaqların dövlətin himayəsinə verilməsini istəyir.