AZ

“Mançester Siti” müdafiəçi ilə güclənir

“Mançester Siti” yay transfer pəncərəsi ərəfəsində “Brentford”un müdafiəçisi Mikael Kayodeni transfer etmək üçün danışıqları sürətləndirib.

İdmanxeber.az-ın məlumatına görə, 21 yaşlı futbolçu bu mövsüm Premyer Liqada aut atışları ilə diqqət çəkib. “Mançester Yunayted” və “Nyukasl”ın da onunla maraqlandığı bildirilir.

Kayodenin “Brentford”la müqaviləsi 2030-cu ilə qədərdir. O, “Yuventus” akademiyasının yetirməsidir.

Seçilən
36
idmanxeber.az

1Mənbələr