AZ

Bakıda sürüşmə təhlükəsi: Risk altında olan ərazilər

Yazını böyüt
Yazını kiçilt

Məskunlaşmış ərazilərdə təhlükəli geomorfoloji proseslər bu gün aktual problemlərdən biri kimi qalmaqdadır. Aktiv ekzomorfodinamikanın təzahürləri xüsusilə sıx məskunlaşmış və mühəndis baxımından intensiv istifadə olunan şəhər ərazilərində daha ciddi fəsadlara səbəb olur. Bu problem Bakı şəhərində də özünü qabarıq şəkildə göstərir.

Hafta.az xəbər verir ki, bunu açıqlamasında coğrafiya elmləri doktoru, dosent Starə Tarixazər bildirib. Onun sözlərinə görə, şəhərin inkişafı boyunca bitki örtüyü zaman-zaman genişlənib, lakin daha çox hallarda məhv edilib, tikinti işləri zamanı yamaclar kəsilərək relyef ciddi şəkildə dəyişdirilib. İri mühəndis obyektlərinin və çoxmərtəbəli yaşayış binalarının inşası sürüşmə və sürüşmə-uçqun proseslərinin fəallaşmasına səbəb olur.

S.Tarixazər qeyd edib ki, binaların və digər mühəndis qurğularının kütləsi torpaq-süxur qatının sıxlaşmasına gətirib çıxarır. Bu isə səthin çökməsi, deformasiyalar, çatlar və boşluqların yaranması ilə nəticələnir:

“Bakı şəhərinin geoloji-geomorfoloji və təbii-iqlim şəraiti də bu proseslərin inkişafını sürətləndirir. Belə ki, Abşeron yarımadasında gillərin və əhəngdaşlarının geniş yayılması, iqlimin mövsümi dəyişkənliyi, meşə örtüyünün azlığı və xüsusilə Bakı amfiteatrında dik yamacların mövcudluğu sürüşmə riskini artırır. Hazırda paytaxtda sürüşmə baxımından ən riskli ərazilər kimi Əhmədli, Masazır, Zığ, Bayıl, Günəşli və Binəqədi qəsəbələri göstərilir”.

Seçilən
12
7
hafta.az

8Mənbələr