AZ

Azərbaycan-Gürcüstan münasibətləri çoxşaxəli və dayanıqlı xarakter daşıyır » AzadMedia.az


Aqibət Məmmədov
"Gəncə Körpü Tikinti-2" ASC-nin Direktorlar Şurasının sədri


Prezident İlham Əliyevin aprelin 6-da Gürcüstana səfəri çərçivəsində səsləndirdiyi fikirlər iki ölkə arasında münasibətlərin yalnız mövcud vəziyyətini deyil, həm də gələcək inkişaf trayektoriyasını aydın şəkildə ortaya qoyur.

Bu bəyanat, Azərbaycan-Gürcüstan tərəfdaşlığının artıq regional çərçivədən çıxaraq daha geniş geosiyasi və iqtisadi məkan üçün əhəmiyyət kəsb etdiyini bir daha təsdiqləyir.

Prezident İlham Əliyevin çıxışında diqqət çəkən digər mühüm məqam Cənubi Qafqazda formalaşan yeni reallıqlarla bağlıdır. Cənubi Qafqaz artıq uzun illər davam edən münaqişə və qarşıdurma zonasından əməkdaşlıq və sabitlik məkanına transformasiya etmək potensialına malikdir. Bu prosesdə Gürcüstanın rolu xüsusi qeyd olunur və onun regional əməkdaşlığa verdiyi töhfə yüksək qiymətləndirilir.
Eyni zamanda, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində iqtisadi alətlərin – xüsusilə ticarətin – önəmi vurğulanır. Gürcüstanın bu prosesdə vasitəçi və tranzit ölkə kimi çıxış etməsi regionda qarşılıqlı etimadın formalaşmasına xidmət edir.

Ümumilikdə, bu səfər və verilən bəyanat bir daha göstərdi ki, Azərbaycan-Gürcüstan münasibətləri sadəcə qonşuluq münasibətləri deyil, dərin strateji tərəfdaşlıq modelidir. Qarşılıqlı hörmət, ortaq maraqlar və uzunmüddətli əməkdaşlıq prinsipləri üzərində qurulan bu model gələcəkdə də region üçün nümunə olaraq qalacaq.
Seçilən
38
1
azadmedia.az

2Mənbələr