Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar yaranan fəsadların aradan qaldırılması işləri ötən gecə və gün ərzində fasiləsiz olaraq davam etdirilib.
FHN-in mətbuat xidmətindən XQ-yə verilən məlumata görə, hazırda Bakı şəhərinin Xəzər, Nizami, Qaradağ, Sabunçu, Suraxanı, Binəqədi və Səbail rayonlarında, eləcə də Sumqayıt şəhərində, Abşeron, Xızı və Xaçmaz rayonları ərazisində müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi, o cümlədən suçəkmə işləri həyata keçirilir.
Qeyd edilib ki, yaranan fəsadların aradan qaldırılması tədbirlərinə nazirliyin müvafiq qurumları cəlb olunub.