AZ

Bu il nəzərdə tutulan startap sövdələşmələrinin sayı açıqlanıb

ain.az, Apa.az portalına istinadən məlumat verir.

Azərbaycanda təsis olunmuş startaplar ilə bu il hər biri minimum 25 min ABŞ dolları olmaqla ən azı 10 vençur sövdələşməsinin yaradılması nəzərdə tutulub.

"APA-Economics"in əldə etdiyi məlumata görə, bu isiqamətdə Rəqəmsal İnkişaf və Nəqliyyat Agentliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi müvafiq işlər həyata keçirəcək.

Eyni zamanda hər biri minimum 25 min ABŞ dolları olmaqla ən azı 2 beynəlxalq vençur sövdələşməsinin reallaşdırılması hədəflənir.

Paralel olaraq yerli vençur fondlarının xarici investorlarla birgə iştirak etdiyi (co-investment) hər biri minimum 25 min ABŞ dolları olmaqla ən azı 2 beynəlxalq vençur sövdələşməsi reallaşdırılacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
2
apa.az

3Mənbələr