AZ

İndoneziyada zəlzələ: 100 dən çox ev dağılıb, xəsarət alanlar var

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bakı, 9 aprel, AZƏRTAC

İndoneziyanın şərqində baş vermiş 4,9 bal gücündə zəlzələ nəticəsində 100-dən çox evə ziyan dəyib və bir neçə sakin xəsarət alıb.

AZƏRTAC VNA informasiya agentliiynə istinadla xəbər verir ki, bu barədə Amerika Birləşmiş Ştatları Geoloji Xidməti məlumat yayıb. Bildirilib ki, yeraltı təkanların ocağı yerin 10 kilometr dərinliyində, episentri isə Maumere şəhərindən 104 kilometr şərqdə yerləşib. Ən böyük dağıntılar kiçik Adonara adasındakı iki kənddə qeydə alınıb. Mütəxəssislər bildirir ki, zəlzələnin yer səthinə yaxın baş verməsi dağıntıların miqyasını artırıb.

Qeyd edək ki, İndoneziya “Alov Halqası” adlanan seysmik aktiv bölgədə yerləşdiyi üçün tez-tez zəlzələlər olur.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
12
3
azertag.az

4Mənbələr