AZ

RSXM: Xəzərdə ardıcıl zəlzələlərin baş verməsi seysmik aktivliyin artması ilə əlaqədardır

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakı, 9 aprel, AZƏRTAC

Xəzər dənizi seysmoloji cəhətdən aktiv bölgədir və orada vaxtaşırı maqnitudası 3 və ondan böyük olan zəlzələlər baş verir. Xəzər dənizində son vaxtlar seysmik aktivlik artıb və ardıcıl zəlzələlərin baş verməsi də bununla bağlıdır.

Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Elektron xidmətlər şöbəsinin müdiri Vüsalə Rafiqqızı deyib.

“Aprelin 8-də Xəzər dənizində qeydə alınan və maqnitudası 5.3 olan zəlzələ sahilboyu yaşayış məntəqələrində 4-3 bal hiss olunsa da, sonrakı yeraltı təkanların maqnitudası aşağı idi və quru ərazidə hər hansı təsiri olmadı. Həmin zəlzələdən sonra afterşoklar da qeydə alındı. Lakin onlardan cəmi 4-nün maqnitudası 3-dən yuxarı oldu”, - deyə V.Rafiqqızı bildirib.

Müxbir – Göyçək Mahmudlu

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
4
azertag.az

5Mənbələr