"İranın əleyhdarları Tehranın uranı zənginləşdirməsini heç vaxt dayandıra bilməyəcəklər".
"Unikal" xəbər verir ki, bunu İranın vitse-prezidenti və Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslami deyib.
"İranın zənginləşdirmə proqramını məhdudlaşdırmaq üçün müxaliflərin iddiaları və tələbləri sadəcə məzara gedəcək xəyallardır", - deyə o qeyd edib.
Eslaminin sözlərinə görə, İsrail və ABŞ-nin İrana qarşı təcavüzü heç bir nəticə verməyib və indi onlar danışıqlar zamanı Tehrandan güzəştlər əldə etməyə çalışmaq istəyirlər.
Ağarza Elçinoğlu