2026-cı ilin 3 ayı ərzində 383 Azərbaycan vətəndaşının əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərlə nikahı rəsmiləşdirilib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, 2025-ci ilin ilk 3 ayı ərzində bu cür nikahların sayı 483 olub.
Məlumat üçün bildiririk ki, əcnəbilər daha çox Türkiyə, Rusiya, Gürcüstan və Ukrayna vətəndaşlarıdır.