AZ

Diyetoloq: İdman qidaları və qida əlavələri həkim məsləhəti ilə qəbul edilməlidir

Bakı, 9 aprel, AZƏRTAC

Son illərdə idman qidaları və bioloji aktiv qida məhsullarına maraq xeyli artıb. Bunun əsas səbəbi insanların sağlam həyat tərzinə daha çox əhəmiyyət verməsi, idmana marağın yüksəlməsi və sosial mediada həmin mövzuda məlumatların geniş yayılmasıdır.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) eksperti, "Qarabağ" FK-nın diyetoloqu İlqar Şamilovun AQTI-nin İctimaiyyətlə əlaqələr şöbəsinə verdiyi məlumata görə, həmin məhsullar düzgün istifadə edilmədikdə sağlamlıq üçün risk yarada bilər.

"Ən çox rast gəlinən səhvlərdən biri onların hər kəs üçün uyğun və tam zərərsiz hesab olunmasıdır. Halbuki, hər bir insanın yaşı, sağlamlıq vəziyyəti və qəbul etdiyi dərmanlar fərqli olduğuna görə həmin məhsullar fərdi yanaşma tələb edir. İstehlakçılara tövsiyə olunur ki, məhsul alarkən onun rəsmi qeydiyyatda olub-olmamasına, tərkibinə, istifadə qaydasına və son istifadə tarixinə diqqət yetirsinsinlər. Qeyri-rəsmi satış yerlərindən alınan məhsullar isə riskli ola bilər. Eyni zamanda, “təbii” və ya “zərərsiz” kimi ifadələr hər zaman təhlükəsiz demək deyil",-deyə ekspert bildirib.

Diyetoloq onu da qeyd edib ki, bu cür əlavələri istifadə etməzdən əvvəl həkim və ya mütəxəssis məsləhəti almaq vacibdir.

Seçilən
30
2
azertag.az

3Mənbələr