Türkiyənin “Beşiktaş” klubu mövsümün sonunda heyətdə böyük dəyişikliklər etməyi planlaşdırır.
90deqiqe.Az-ın məlumatına görə, İstanbul təmsilçisi 23 futbolçu ilə yollarını ayıracaq.
Siyahıda Devis Vaskes, Tiaqu Calo, Gökhan Sazdağı, Milot Raşitsa, Vilfred Ndidi, Vatslav Çerni, Salih Uçan, Taylan Bulut, Cengiz Ündər, El Bilal Ture, Jota Silva, Məhəmməd Əl-Musrati, Ernest Muçi, Amir Haciahmetoviç, Jan Onana, Joau Mario, Tayyip Talha, Can Kələş, Elan Rikardo, Emrecan Uzunhan, Emrecan Tərzi, Fahri Ay və Arda Kılıç yer alır.
Qeyd edək ki, “Beşiktaş” Türkiyə Superliqasında 28 turdan sonra 52 xalla 4-cü pillədə qərarlaşıb.