AZ

FED: İnflyasiya və məşğulluqla bağlı risklər artıb

FED: İnflyasiya və məşğulluqla bağlı risklər artıb

ABŞ Mərkəzi Bankının (FED) son iclasının protokolları göstərir ki, rəsmilərin əksəriyyəti Yaxın Şərqdəki münaqişələrlə bağlı inflyasiyanın yüksəlməsi və məşğulluğun azalması istiqamətindəki risklərin artdığını hesab edir.

AFN.az xəbər verir ki, FED Federal Açıq Bazar Komitəsinin (FOMC) 17-18 mart tarixlərində keçirilən toplantısının təfərrüatlarını açıqlayıb. Uçot dərəcəsinin gözlənildiyi kimi 3,5-3,75 faiz aralığında sabit saxlanıldığı həmin iclasın protokolları Yaxın Şərqdəki gərginlikdən sonra həm faiz endirimi, həm də faiz artımı ssenarilərinin gündəmdə olduğunu ortaya qoyub.

Sənəddə qeyd olunur ki, rəsmilər artan neft qiymətlərinin qısa müddətdə inflyasiyanı yüksəldəcəyini və 2 faizlik hədəfə doğru gözlənilən enişi gecikdirəcəyini proqnozlaşdırırlar. Yaxın Şərqdəki uzunmüddətli münaqişənin enerji qiymətlərində daha qalıcı artımlara yol aça biləcəyi və yüksək xərclərin baza inflyasiyasına təsir etmə ehtimalının artdığı bildirilib.

Protokollarda rəsmilərin böyük əksəriyyətinin inflyasiyanın hədəf diapazonundan yuxarıda qalma riskinin gücləndiyini, həmçinin regional gərginliyin biznes dünyasında inamı sarsıdaraq işə qəbul prosesini zəiflədə biləcəyini diqqətə çatdırdığı yer alıb. Bir çox rəsmi qeyd edib ki, əgər inflyasiya gözləntilərə uyğun şəkildə geriləsə, zamanla faiz dərəcələrini aşağı salmaq məqsədəuyğun olacaq, lakin bəzi rəsmilər son məlumatlar işığında bu endirim üçün ən yaxşı vaxtı daha irəli bir tarixə keçiriblər.

Digər tərəfdən, bəzi FED rəsmiləri inflyasiyanın hədəfdən yuxarıda qalmağa davam edəcəyi təqdirdə faiz artımının da mümkünlüyünü vurğulayaraq, gələcək qərarların hər iki istiqamətə yönələ biləcəyi barədə xəbərdarlıq ediblər. Sənədin sonunda əksər rəsmilərin neft qiymətlərindəki artımın ev təsərrüfatlarının alıcılıq qabiliyyətini azaldacağı və maliyyə şərtlərini sərtləşdirəcəyi ilə bağlı narahatlıqları ifadə olunub.

Seçilən
13
afn.az

1Mənbələr