AZ

"Qala Sığorta" ASC-nin mənfəəti 20%-ə yaxın azalıb

BAKI, 9 aprel. TELEQRAF

"Qala Sığorta" ASC 2025-ci ili 11 milyon 930 min 588.77 manat xalis mənfəətlə başa vurub.

Teleqraf xəbər verir ki, bu göstərici 2024-cü illə müqayisədə 19.81% azdır.

Şirkətin ümumi gəlirləri 84 milyon 617 min 333.76 min manat təşkil edib ki, bu da illik müqayisədə 8.26% azalma deməkdir. Hesabat dövründə xərclər 69 milyon 714 min 239.78 manat olub və 16.38% artıb.

İlin sonuna “Qala Sığorta”nın cəmi aktivləri 90 milyon 132 min 350.90 manat (+3.61%), cəmi kapitalı 29 milyon 215 min 647.97 manat (-6.61%), cəmi öhdəlikləri isə 60 milyon 916 min 702.93 manat (+9.35%) təşkil edib.

Seçilən
20
teleqraf.com

1Mənbələr