AZ

Koxalski yeni mövsümə harada başlayacaq? - Rəhbərliyin qərarı bəlli oldu

"Qarabağ"ın qapıçısı Mateuş Koxalskinin yeni mövsümə harada başlayacağı azarkeşləri maraqlandıran əsas mövzulardan biridir.

Fanat.Az-ın məlumatına görə, polşalı qolkiper həm ölkəsindən, həm də bir neçə başqa Avropa təmsilçisindən real təkliflər alıb.

Ağdam təmsilçisinin rəhbərliyi mövcud təkliflərə rəğmən, ümidləri doğruldan qolkiperin komandada qalmasını istəyir. "Köhlənlər"in idarəçiləri 25 yaşlı qolkiperlə danışıqlara başlayıblar. İndiki müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulan Koxalskinin yaxşılaşdırılmış şərtlərlə yeni anlaşmaya imza atmaq və "Qarabağ"da qalmaq ehtimalı heç də az deyil. Digər variant isə əlcək sahibinin klubu ilə müqavilə yeniləmədən gələn ilin yayını gözləməsi və iş yerini azad agent qismində dəyişməsidir.

Xatırladaq ki, Mateuş 2024-cü ildən "Qarabağ"ın uğurları üçün çalışır. Cari mövsüm "köhlənlər"in forması ilə bütün turnirlərdə 33 matça çıxan "çərçivə" qoruyucusu 52 qol buraxıb, 9 oyunda qapısını toxunulmaz saxlayıb.

Toğrul

Seçilən
2
fanat.az

1Mənbələr