AZ

İranda müharibə ölənlərin sayı AÇIQLANDI - 40%-nin şəxsiyyəti məlum deyil

İran Məhkəmə Tibbi Ekspertiza Təşkilatının rəhbərinin verdiyi məlumata görə, ölkədə baş verən hərbi münaqişə nəticəsində həlak olanların sayı 3000 nəfəri ötüb.

Musavat.com xəbər verir ki, rəsmi qurumlar itkilərin miqyasının artmaqda olduğunu bildirirlər.

Təşkilatın rəhbəri Abbas Məsədci əlavə edib ki, öldürülənlərin 40%-nin şəxsiyyətini məhkəmə-tibbi ekspertiza keçirmədən müəyyən etmək mümkün deyil. Hazırda cəsədlərin identifikasiyası prosesi davam etdirilir.

Musavat.com

Seçilən
23
musavat.com

1Mənbələr