BƏƏ Müdafiə Nazirliyi bəyanat yayaraq bildirib ki, İrandan atılan 17 ballistik raket və 35 dron uğurla məhv edilib.
Bəyanatda qeyd olunub ki, müharibənin başlanğıcından bəri BƏƏ-nin hava hücumundan müdafiə qüvvələri tərəfindən ümumilikdə:
• 537 ballistik raket;
• 26 qanadlı raket;
• 2256 pilotsuz uçan aparat (PUA) vurulub.
Eyni zamanda, hücumlar nəticəsində müxtəlif millətlərdən 224 nəfər yaralanıb.