AZ

Paşinyandan Köçəryana cavab: Bu, müharibə deməkdir

ain.az, Sherg.az portalına istinadən məlumat verir.

Ermənistan Baş naziri Nikol Paşinyan müxalifət qüvvələrinin ölkənin 29 743 kvadrat kilometr ərazisi ilə kifayətlənməməli olduğuna dair açıqlamalarını təhlükəli hesab edir.

Teleqraf xəbər verir ki, bu barədə o, jurnalistlərə bildirib.

Paşinyan jurnalistlərlə söhbətində hakim “Vətəndaş Müqaviləsi” partiyasının nümayəndələrinin bəzi müxalifət qüvvələrinin hakimiyyətə gələcəyi təqdirdə müharibə olacağını iddia etmələrinin səbəbi ilə bağlı suala cavab olaraq deyib:

“Əgər bir siyasi qüvvə Ermənistanın 29 743 kvadrat kilometr ərazi ilə kifayətlənməməli olduğunu deyirsə, bu, qaçılmaz müharibə deməkdir. Burada mübahisə ediləcək çox şey yoxdur”.

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bundan əvvəl iddia etmişdi ki, Ermənistan böyük diaspora malik ölkədir, 29 743 kvadrat kilometrlik ərazisi ilə məhdudlaşmamalıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
sherg.az

2Mənbələr