ain.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.
Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovla görüşüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə diplomat sosial şəbəkə hesabında paylaşım edib.
Görüş zamanı tərəflər əməkdaşlığın gücləndirilməsi, humanitar fəaliyyətlər və regionlararası tərəfdaşlıq məsələlərini müzakirə ediblər.
"Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovla səmərəli görüşümüz oldu. Əməkdaşlığın möhkəmləndirilməsi, regionlararası tərəfdaşlıq və humanitar sahədə birgə fəaliyyəti müzakirə etdik. Ukraynanın suverenliyinə sadiq qaldığına və göstərdiyi humanitar köməyə görə Azərbaycana minnətdarıq", - Y.Qusev qeyd edib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.