AZ

Enerji təzyiqi və geosiyasi balans: Ermənistanın yeni addımı nə ilə nəticələnə bilər?- ÖZƏL

Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib ki, Rusiya qazın qiymətini artıracağı təqdirdə, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi İttifaqı-ndan çıxmağı nəzərdən keçirə bilər. Onun sözlərinə görə, bu məsələ yeni deyil və belə bir qərar verilərsə, rəsmi İrəvan adekvat addım atacaq. Mövcud hakimiyyətin xarici siyasət kursunu dəyişmək niyyətində olmadığı da vurğulanır.

Ermənistanın KTMT və Aİİ-dən çıxması regionda geosiyasi balansı necə dəyişə bilər? Bu addım Ermənistanın enerji təhlükəsizliyinə və iqtisadi sabitliyinə hansı təsirləri göstərə bilər?
Mövzu ilə bağlı politoloq Tural İrfan Olaylar.az-a açıqlama verib:
" Ermənistanın qərbmeylli siyasət yürütməsi onun Rusiya ilə münasibətlərində ziddiyətlər və narahatlıq yaradır. Əslində enerji məsələləri Rusiya tərəfindən Ermənistana təziq vasitəsi kimi nəzərdə tutulur. İqtisadi tərəfdən Ermənistana təziq etməklə siyasi təsir altına salmaq istəyirlər. Lakin Ermənistanın KTMT-dən və Aİİ-dən çıxması regionda geosiyasi balansı dəyişə bilər. Rusiya ilə münasibətlərin tam gərgin həddə çatması nəticəsində Ermənistana qarşı Moskvanın təzyiqi arta bilər. İqtisadi sabitliyin pozulması zəminində Ermənistan enerji sərfiyyatı ilə bağlı Azərbaycana daha çox möhtac ola bilər ki, Rusiya bu məsələyə də tələsik qərar verməz".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
35
olaylar.az

1Mənbələr