AZ

İranın “keçid haqqı” tələbinə Fransadan rəsmi etiraz

Fransa Hörmüz boğazından keçid üçün ödəniş alınmasına qarşı çıxıb.

İnterpress.az xəbər verir ki, bu barədə “xarici KİV” məlumat yayıb.

Fransanın xarici işlər naziri Barrou Hörmüz boğazından keçən gəmilərdən rüsum alınması təklifini qətiyyətlə rədd edib. O, bu təşəbbüsü qeyri-qanuni adlandıraraq beynəlxalq dəniz hüququna zidd olduğunu vurğulayıb.

“Bu, yolverilməzdir. Çünki beynəlxalq sularda gəmiçilik azadlığı bütün bəşəriyyətin ortaq sərvətidir və heç bir məhdudiyyətlə, heç bir keçid hüququ ilə pozulmamalıdır. Bu, qeyri-qanuni olduğu üçün heç kim tərəfindən qəbul edilə bilməz”, – deyə nazir bildirib. Barrou, həmçinin qlobal münaqişənin mənfi nəticələrinin qarşısını almaq üçün atəşkəsdən dərhal sonra Hörmüz boğazının tamamilə açılmasına çağırıb.

Xuraman Etibarlı

İnterpress.az


Seçilən
48
interpress.az

1Mənbələr