Fanat saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində bu gecə "Liverpul"u öz meydanında 2:0 hesabı ilə məğlub edən PSJ-nin baş məşqçisi Luis Enrike cavab qarşılaşması barədə fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, onun sözlərini Paris təmsilçisinin rəsmi saytı belə çatdırıb:
"Azarkeşlərlə komanda arasındakı bağlılığı Parisə gələndən bəri müşahidə edirəm. İndi bu bağ heç vaxt olmadığı qədər güclüdür. Biz Liverpula həmişəki kimi qələbə dalınca yollanacağıq. Əlbəttə, "Enfild"də işimiz çətin olacaq. Amma biz səfərdə də mümkün qədər yaxşı oynamağa çalışacağıq. "Enfild"də oyun başlayandan bitənə qədər hücum edəcəyik".
Xatırladaq ki, tərəflərin cavab qarşılaşması aprelin 14-də keçiriləcək.
Toğrul
Abunə Ol
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.