AZ

Azərbaycan idmançılarının xarab olmuş medalları yenilənib VİDEO

ain.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Milli Olimpiya Komitəsində (MOK) Azərbaycan idmançıları Qaşım Maqomedov və Həsrət Cəfərov üçün medal təqdimetmə mərasimi təşkil olunub.

İdman.Biz xəbər verir ki, onların “Paris-2024” Yay Olimpiya Oyunları zamanı qazandıqları medallar aşınmaya məruz qaldığı üçün yenisi ilə əvəz edilib.

Taekvondoçu Qaşım Maqomedovun gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərovun isə bürünc medalı yenilənib və mərasimdə hər iki idmançıya yeni mükafatlar rəsmi şəkildə təqdim olunub.

Qeyd edək ki, “Paris-2024”də mükafat qazanan yeddi idmançımızdan beşinin medalında nəzərəçarpan dərəcədə dəyişiklik baş verib. Cüdo üzrə Olimpiya çempionu Hidayət Heydərov (73 kq) və sərbəst güləş üzrə bürünc mükafatçı Maqomedxan Maqomedovdan (97 kq) başqa, cüdo üzrə Olimpiya çempionu Zelim Kotsoyevin (100 kq) qızıl, taekvondoçu Qaşım Maqomedovun (58 kq), boksçu Alfonso Dominqesin (92 kq) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) və sərbəst güləşçi Giorgi Meşvildişvilinin (125 kq) bürünc medalları keyfiyyətini itirib.

Şəhriyar Səmədov

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
1
10
icma.az

10Mənbələr