AZ

Putinlə görüş üçün yer təklif etdi

ain.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putinlə görüşməyə hazırdır.  

“Qafqazinfo” xəbər verir ki, bu barədə o, İtaliyanın RAI telekanalına müsahibəsində bildirib.

“Mən Putinlə görüşməyə hazıram. Əlbəttə, nə Moskvada, nə də Kiyevdə. Əgər o mənimlə görüşməyə hazırdırsa, bunun üçün çox yer var”, - Zelenski deyib.

Onun sözlərinə görə, görüş Yaxın Şərqdə, Avropada və ya ABŞ-də baş tuta bilər. Ukrayna lideri Rusiya ilə danışıqların hazırda ABŞ-İran müharibəsi səbəbindən təxirə salındığını qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
qafqazinfo.az

1Mənbələr