AZ

Nazir müavini: "Təhsil kreditlərinə 74 milyon manatdan çox vəsait ayrılıb"

"Təhsil Tələbə Krediti Fondunun fəaliyyətə başladığı dövrdən etibarən əldə olunan nəticələr yüksək dinamika nümayiş etdirir".

BAKU.WS xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Kənan Kərimzadə sosial şəbəkə hesabında yazıb.

O qeyd edib ki, indiyədək 79 mindən çox təhsil krediti müqaviləsi rəsmiləşdirilib. Ümumilikdə isə təhsil kreditlərinin maliyyələşdirilməsinə 74 milyon manatdan artıq vəsait ayrılıb.

Nazir müavini diqqətə çatdırıb ki, təhsil tələbə kreditindən yararlananların 63 faizini qadınlar təşkil edir.

Seçilən
12
2
far.az

8Mənbələr