AZ

Valideynlər və qəyyumlar DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində

Yazını böyüt
Yazını kiçilt

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində benefisiarların valideynləri və qəyyumları üçün "Açıq qapı" günü təşkil edilib.

Mərkəzin İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili departamentindən Hafta.az-a bildirilib ki, tədbir Mərkəzdə təlimlərə cəlb olunan şəxslərin valideynləri və qəyyumlarını övladlarının buradakı gündəlik fəaliyyət mühiti, onların yaradıcılıq potensialının inkişafı üçün görülən işlərlə yaxından tanış etmək məqsədi daşıyıb.

“Açıq qapı” gününün iştirakçılarına Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin fəaliyyəti, burada həssas qrupların bacarıqlarının inkişaf etdirilməsi üçün aparılan işlər barədə məlumatlar verilib.

Benefisiarların valideynləri və qəyyumları Mərkəzdə dərzilik, bədii tikmə və muncuqla toxuma, floristika, xalçaçılıq, dulusçuluq, oyma sənəti və təsviri incəsənət istiqamətləri üzrə studiyalarda hazırlanmış əl işlərindən ibarət sərgiyə baxıblar.

Kulinariya istiqaməti üzrə master-klas, kapoeyra çıxışları, benefisiarların ifasında konsert proqramı təqdim olunub.

Tədbir benefisiarların müxtəlif yaradıcılıq istiqamətləri üzrə təlim prosesində əldə etdikləri peşə bacarıqları və nailiyyətlərin nümayişi, eləcə də Mərkəzlə ailələr arasında sıx ünsiyyətin qurulması baxımından mühüm əhəmiyyət kəsb edib.

Seçilən
13
2
hafta.az

3Mənbələr