AZ

Sürət həddinin azaldılması və ya artırılması ilə bağlı hansı addımlar daha effektiv olar?

Azertag saytına istinadən ain.az xəbər verir.

Bakı, 9 aprel, AZƏRTAC

Sürət həddinin aşılması yol-nəqliyyat hadisələrinin baş verməsinə və bu qəzaların daha ağır nəticələrlə yekunlaşmasına səbəb olan əsas amillərdən biridir.

Bu barədə AZƏRTAC-a açıqlamasında nəqliyyat üzrə ekspert Aslan Əsədov məlumat verib.

Ekspertin sözlərinə görə, yol hərəkəti zamanı sürücülər arasında tez-tez qeyri-sağlam rəqabət, bir-birini ötmək istəyi və aqressiv davranış halları müşahidə olunur.

“Bu cür davranışlar diqqətin yayınmasına və qəza riskinin artmasına gətirib çıxarır. Bu problemin qarşısını yalnız cərimələrlə almaq mümkün deyil, çünki məsələ daha çox insan psixologiyası ilə bağlıdır. Bu baxımdan maarifləndirmə işləri xüsusi əhəmiyyət daşıyır. Sürücülərə təhlükəsiz sürücülük vərdişlərinin aşılanması, yol hərəkəti qaydalarına məsuliyyətli yanaşmanın formalaşdırılması vacibdir. Xüsusilə gənc və təcrübəsiz sürücülər üçün təlimlərin və məlumatlandırıcı kampaniyaların genişləndirilməsi zəruridir”, - deyə ekspert vurğulayıb.

Aslan Əsədov qeyd edib ki, qaranlıq və işıqlandırmanın zəif olduğu ərazilərdə yol-nəqliyyat hadisələri daha çox baş verir. Bu da həm görünüşün məhdud olması, həm də sürücülərin vəziyyəti düzgün qiymətləndirə bilməməsi ilə əlaqədardır: “Təcrübəsiz sürücülər belə hallarda yaranan riskli situasiyalardan çıxmaqda çətinlik çəkirlər. Nəticə etibarilə, yüksək sürətlə hərəkət etmək qəza zamanı zərbənin gücünü artırır və daha ağır xəsarətlərə, hətta ölüm hallarına səbəb olur. Bu səbəbdən sürət həddinə riayət olunması, sürücülərin davranış mədəniyyətinin yüksəldilməsi və maarifləndirmə tədbirlərinin gücləndirilməsi yol təhlükəsizliyinin təmin olunmasında əsas amillər hesab olunur”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
3
azertag.az

4Mənbələr