AZ

Azərbaycan Argentinadan lobya tədarükünü bərpa edib

Bu ilin yanvar ayında Azərbaycan 541 min ABŞ dolları dəyərində 427 ton lobya (qurudulmuş) idxal edib.

"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 5 %, kəmiyyət olaraq 5 % çoxdur.

Hesabat dövründə Azərbaycan Özbəkistandan 472 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 94 % çoxdur) 381 ton (+2,2 dəfə), Qırğızıstandan 65 min ABŞ dolları dəyərində 44 ton (1 il əvvəl tədarük olmayıb), Braziliyadan 1,57 min ABŞ dolları dəyərində (-3 %) 1 ton (-2 %), Argentinadan 1,25 min ABŞ dolları dəyərində 1 ton (1 il əvvəl tədarük olmayıb) və Misirdən 0,73 min ABŞ dolları dəyərində 0,5 ton məhsul alıb.

Azərbaycan 1 il 7 aylıq fasilədən sonra Argentinadan tədarükü bərpa edib.

Seçilən
0
4
far.az

5Mənbələr