AZ

Zelenski ABŞ-nin Putinə etibar etdiyiniBİLDİRDİ

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin Rusiya və onun Prezidenti Vladimir Putin ilə bağlı mövqeyini tənqid edib.

Redaktor.az bu barədə xarici KİV-ə istinadla xəbər verir ki, Zelenski bu barədə “The Rest is Politics” podkastında danışıb. O bildirib ki, ABŞ Rusiyanın İrana göstərdiyi dəstəyi nəzərə almır, çünki Vaşinqton Moskva və Putinlə bağlı “etimad” nümayiş etdirir.

“Problem ondadır ki, onlar Putinə güvənirlər. Bu, çox təəssüf doğurur”, – deyə Zelenski vurğulayıb.

Ukrayna liderinin sözlərinə görə, amerikalıların Rusiyaya etimad göstərməsinin səbəblərindən biri ABŞ Prezidenti Donald Tramp-ın xüsusi nümayəndəsi Stiv Uitkoff və onun ailə üzvlərinin Rusiya rəhbərliyi ilə uzun müddət təmasda olmasıdır. Zelenski qeyd edib ki, ABŞ tərəfi Putinin onları aldada biləcəyini qəbul etmək istəmir.

O əlavə edib ki, ABŞ administrasiyası Rusiyanın real məqsədlərini tam şəkildə anlamayıb.

NURİYYƏ

Seçilən
16
1
redaktor.az

2Mənbələr