Ümumi praktik həkim Əmir Xan bildirib ki, dişləri fırçalayarkən bir sadə vərdiş demensiyanın inkişaf riskini azaltmağa kömək edə bilər.
Redaktor.az xəbər verir ki, mütəxəssis bu haqda "Mirror" nəşrinə danışıb.
Xan qeyd edib ki, diş ipindən istifadə etmək faydalıdır.
"Əgər ağız gigiyenasına düzgün əməl etmirsinizsə, sağlam olmayan diş ətlərindən bakteriyalar qan vasitəsilə beyinə keçə bilər. Bu isə immun reaksiyasını işə salır və xroniki iltihaba səbəb olur", — deyə həkim xəbərdarlıq edib.
O əlavə edib ki, insanlar fiziki aktivliyinə, yuxu keyfiyyətinə, qidalanmasına diqqət yetirsələr, həmçinin mütəmadi olaraq otolarinqoloq və göz həkimi tərəfindən müayinə olunsalar, demensiyanın inkişaf riskini 60 faiz azalda bilərlər.
Aytəkin TOFİQQIZI