AZ

Macarıstan rəsmisi: Brüsselin səhvləri macar ailələrinə mənfi təsir etməməlidir

Budapeşt, 9 aprel, AZƏRTAC

Macarıstan hökumətinin nümayəndəsi və Baş nazir aparatının rəhbəri Qerqey Quyyaş Avropa Komissiyasının Budapeşti tənzimlənən yanacaq və kommunal qiymətlər siyasətindən imtina etməyə çağıran təşəbbüsünü kəskin tənqid edib.

AZƏRTAC-ın məlumatına görə, onun bu səhər yayımlanan açıqlamasına görə, Brüssel qaz və elektrik enerjisi üçün güzəştli tariflərin ləğvində, eləcə də benzin və dizel təchizatında sabit qiymətlərə son qoyulmasında israr edir. O bildirib ki, bu cür tədbirlər ev təsərrüfatı xərclərinin əhəmiyyətli dərəcədə artmasına səbəb olacaq.

Məlumatlara görə, tənzimlənən yanacaq qiymətlərindən imtina etmək orta statistik macar sürücüsünə ayda əlavə 48.000 forintə başa gələcək. Güzəştli qaz tarifinin ləğvi ev təsərrüfatı xərclərini 31.000 forintə, elektrik enerjisi üçün bazar qiymətlərinə keçmək isə bu məsrəfləri daha 16.000 forintə çatdıracaq. Bu, ayda təxminən 95.000 forint əlavə xərcə bərabər olacaq.

Quyyaş, həmçinin vurğulayıb ki, davam edən hərbi münaqişələr fonunda dünya və Avropa qiymətlərin artması, mümkün yanacaq çatışmazlığı da daxil olmaqla dərinləşən enerji böhranı təhlükəsi ilə üzləşir. O qeyd edib ki, Macarıstan Brüsselin Rusiyanın enerji resurslarının Avropa bazarına çıxışını məhdudlaşdırdığını təqdir etmir.

“Bu, qəbuledilməzdir. Macarıstan ailələri səhv sanksiya siyasətinə görə əlavə pul ödəməməlidir", - deyə hökumət rəsmisi sözlərini yekunlaşdırıb.

Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
Seçilən
37
1
azertag.az

2Mənbələr