AZ

Zooparkda kütləvi ÖLÜM: 33 tutuquşunu qazla ZƏHƏRLƏDİLƏR

Leninqrad vilayətində naməlum şəxslər özəl zooparkda 33 tutuquşunu qazla zəhərləyib.

İnterpress.az xəbər verir ki, bu barədə “Tutuquşular dünyası” (Mir popuqayev) zooparkı məlumat yayıb.

Leninqrad vilayətində yerləşən özəl zooparkda dəhşətli insident baş verib. Naməlum şəxslər qazdan istifadə edərək 33 tutuquşunu zəhərləyib.

Zooparkın rəhbərliyindən verilən məlumata görə, təxribat nəticəsində təşkilatın əməkdaşları da zərər çəkib və onlara tibbi yardım göstərilməsinə ehtiyac yaranıb.

Hadisə ilə bağlı araşdırmalar aparılır.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
27
interpress.az

1Mənbələr