Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Bakının Xəzər rayonunda 1986-cı il təvəllüdlü Ceyhun tanışı Nailə xəsarət yetirib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, Ceyhun 2022-ci ildə Rabilə qarşı törətdiyi cinayət əməlinə görə onun şikayəti əsasında məhkum olunmasını cüzi səbəb kimi bəhanə edib və 17 aprel 2025-ci ildə sərxoş vəziyyətdə Binə qəsəbəsindəki “Lerik Veri” adlı kafesinin yanına gəlib.O, kafenin giriş hissəsində olan Rabilin qardaşı Nailin bərbər işlədiyi bərbərxanaya girib və oradakı müştərilərin gözü qarşısında əvvəlcədən özündə olan bıçaqla ona hücum edib. Onun sol qolu nahiyyəsindən bir dəfə vurub. Ceyhunun barəsində Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq törətmək) maddəsi ilə ittiham elan edilib. İş üzrə zərərçəkmiş Ceyhun ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 2021-ci ildə yaşadığı Binə qəsəbəsində Rabil adlı şəxslə dava etdiyi üçün Xəzər Rayon Məhkəməsinin hökmü ilə 2 il 9 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub:“2023-cü ildə Xəzər Rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti olaraq azad edildim. 2021-ci ildə Rabillə dava etdiyimdən dişlərim və burnum sındı. Azad olunduqdan sonra Rabilə yaxınlaşdım, burnumu və dişlərimi düzəltdilməsi üçün ondan pul istədim. Rabil pul verməyəcəyini dedikdə, bu barədə onun qardaşı bərbər işləyən Nailə bildirmək üçün ona yaxınlaşdım. Lakin Nail də məni “bu gün-sabah” deyərək yola verdi”. Təqsirləndirilən şəxs deyib ki, bu səbəblə məlum hadisə günü, təxminən saat 17 radələrində evdə çörək yeyərək spirtli içki olan araq içib:“İçki içdikdən sonra Nailin mənə pul verməməsi yadıma düşdü. Mətbəxdən bıçaq götürərək əynimdə olan gödəkçəmin sağ cibində gizlətdim və evdən çıxaraq Nailin işlədiyi bərbərxanaya gəldim. Bərbərxananın qapısını açan kimi cibimdən bıçağı çıxardaraq Nailin üzərinə getdim ki, onu qorxudaraq dişlərimi və burnumu düzəltdirim. Bərbərxanaya daxil olaraq əlimdə bıçaq Nailin üzərinə gedən zaman orada olan üzdən tanıdığım, lakin adını sonradan bildiyim Seyran, Rəşad və Ramazan adlı şəxslər əlimdən bıçağı aldılar. Mən bərbərxanadan çölə çıxdım”. Xəzər Rayon Məhkəməsinin hökmü ilə Ceyhun 2 il 9 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. Fariz Məlikli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.