Demokrat.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Bakının Xəzər rayonunda 2000-ci il təvəllüdlü Cəlil Elmana (adlar şərtidir – red.) xəsarət yetirib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Binə qəsəbəsi, Atçılıq yeni yaşayış massivində baş verib. Cəlil hava limanı istiqamətində avtomobil yolun sağında köşkün qarşısında Elmanın yolun kənarı ilə gedən naməlum qadına söz atmasını ona irad tutub, qanunsuz hərəkətlərindən əl çəkməsini deməsini bəhanə gətirib. Heç bir əsaslı səbəb olmadan şəxsi münasibətlərinin pozulması zəminində Elmana müqavimət göstərib, onu söyərək təhqir edib. Yolun kənarında saxladığı “Chevrolet Nexia” markalı avtomobilindən istintaqa məlum olmayan əşyanı sağ əlinə taxaraq qəflətən Elmanın sifət nahiyəsinə yumruqla ani olaraq zərbə vurub. Cəlilin barəsində Cinayət Məcəlləsinin 127.2.1 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumları barəsində qəsdən sağlamlığa az ağır zərər vurma), 127.2.3 (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq törətmək) maddələri ilə ittiham elan edilib. İş üzrə ifadə verən Cəlil ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, özü “Chevrolet Nexia” markalı avtomobili icarəyə götürüb və Buzovna qəsəbəsindən Koroğlu metrostansiyasına hər müştərini bir manata aparmaqla ailəsini dolandırır:“Məlum hadisə günü, saat 19 radələrində idarə etdiyim avtomobilim ilə Binə Atçılıq yaşayış massivində yerləşən piyada keçidin yanında olan köşkün yaxınlığında dayandım və müştəri gözlədiyim zaman yanımdan bir qadın keçdikdən sonra adını sonradan bildiyim Elman yaxınlaşaraq həmin qadının qonşusu olduğunu və nə üçün həmin qadına söz atdığımı bildirdi. Həmin vaxt qadına söz atmadığımı bildirdim”.Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra aralarında mübahisə düşüb: “Mübahisə zamanı Elmanı qorxutmaq üçün idarə etdiyim avtomobilə yaxınlaşdım və qabaq sağ tərəf qapısını açdım ki, guya oradan nəsə götürürəm. Lakin həmin vaxtı avtomobilimdən heç bir şey götürmədim. Bundan sonra mübahisə zamanı Elmanı itələdim. Bu zaman o, şillə ilə məni bir dəfə vurdu. Buna görə də əsəbləşərək sağ əlim ilə bir dəfə onun sifət nahiyəsinə vurdum. Bundan sonra avtomobilə əyləşərək oradan uzaqlaşdım. Həmin vaxtı Elmanı vurduğum zaman onun sifətindən qan gəlib-gəlmədiyini görməmişəm”. Təqsirləndirilən şəxs bildirib ki, hadisə zamanı Elmanı yumruqla vurduğu zaman onun əlində beş barmaq deyilən əşya olmayıb, ümumiyyətlə həmin vaxtı əlində heç nə olmayıb. Zərərçəkmiş Elman ifadəsində göstərib ki, hadisə günü saat 19 radələrində Binə Atçılıq qəsəbəsində yerləşən piyada keçidindən keçərək yolun kənarında olan köşkə tərəf getdiyi zaman bir avtomobil sürətlə gəlib, köşkün qarşısında qəflətən tormozlama edərək dayanıb:“Həmin avtomobilin sürücüsü, adını sonradan bildiyim Cəlil həmin vaxtı orada olan dayanacaqda dayanmış bir qadına söz ataraq sataşdı. Bunu görərək Cəlilə öz iradımı bildirdim ki, avtomobili normal idarə etsin və tanımadığı qadına sataşmasın. Bu zaman Cəlil avtomobildən düşərək mənə nalayiq söyüşlərlə cavab verdi, dayanacaqdan müştəri götürdüyünü bildirdi. Cəlilə nalayiq ifadələr işlətməməsini və özünü normal aparmığını bildirdim. Bundan sonra Cəlil öz idarə etdiyi avtomobilə tərəf getdi və avtomobilin qabaq sağ qapısını açaraq oradan beş barmaq deyilən əşyanı götürdü. O, həmin əşyanı sağ əlinə taxaraq qəflətən sifətimdən bir dəfə yumruqla vurdu. Zərbənin nəticəsində sifətimdən qan gəlməyə başladı. Bu zaman Cəlil öz idarə etdiyi avtomobilinə minərək oradan uzaqlaşdı. Orada olan insanlar toplaşaraq mənə köməklik göstərdilər və təcili tibbi yardım çağırdılar. Təcili Tibbi yardım gələrək məni Sabunçu xəstəxanasına apardı. Xəstəxanada məlum oldu ki, Cəlil vurması nəticəsində burnum və dişlərim sınıb”. Xəzər Rayon Məhkəməsinin hökmü ilə Cəlil 2 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. Fariz Məlikli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.