AZ

Türkiyə Sığorta Birliyinə yeni sədr seçilib

Türkiyə Sığorta Birliyinə (TSB) yeni sədr seçilib.

"APA-Economics"in əldə etdiyi məlumata görə, bununla bağlı qərar aprelin 8-də Türkiyə Sığorta Birliyinin (TSB) Ümumi Yığıncağında verilib.

Məlumata görə, əvvəlki sədr Uğur Gülənin vəzifə müddəti başa çatıb. Ona görə də TSB-nin İdarə Heyətinin sədr müavini Ahmet Yaşar, İdarə Heyətinin üzvü Erol Öztürkoğlu və "Referans Sigorta" şirkətinin Baş İcraçı direktoru Oğuz Karahançer və "AnaSigorta" şirkətinin Baş İcraçı direktoru Kantürk Öztürkün yeni sədr vəzifəsinə namizədlikləri üzrə səsvermə keçirilib.

Səsvermədə TSB-nin İdarə Heyətinin sədri postuna səs çoxluğu ilə Ahmet Yaşar seçilib.

Qeyd edək ki, Ahmet Yaşar Türkiyə sığorta sektorunda 35 ildən çox təcrübəyə malikdir. A.Yaşar həmçinin "Maher Holding"in Sığorta Qrupunun rəhbəridir.

"Cebheinfo.az"

Seçilən
13
3
cebheinfo.az

4Mənbələr