AZ

Paylaşımlardan sonra aktyorlara 500 manat verdilər

ain.az, Axsham.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xəbər verdiyimiz kimi, bir müddətdir Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında bəzi aktyorlar direktor, Xalq artisti Yusif Eyvazovdan şikayət ediblər. 

Axşam.az-ın məlumatına görə, Xalq artisti Əvəz Abdullayev işdən çıxarıldığını və kollektivin Oman səfəri zamanı heç kimə qonorar ödənilmədiyini bildirib. 

Bu gün isə opera ifaçısı feysbuk statuslarından sonra aktyorlara qonorar ödənildiyini bildirib:

"Teatr rəhbərliyi ilə ünsiyyət qurduğumuz feysbuk sayəsində o, cavab verdi. Məqalələrimizdən sonra musiqiçilərimizə Oman üçün 500 manat (250 avro) verdi. Ümid edirəm ki, onları çox qorxutmadıq. Amma bir məsələ var: xarici həmkarlarımız bu iş üçün 10 dəfə çox pul aldılar. Rejissoru xəbərdar etmək istərdim. Əgər etdiyimiz hər hərəkətə cavab vermək üçün bu qədər gecikirsinizsə, səhv edirsiniz".

Qeyd edək ki, Ə.Abdullayev teatrdan işdən çıxarılması ilə bağlı qalmaqallı paylaşım edib. Teatr isə onunla müqavilənin bitdiyini və yenilənmədiyini bildirib. 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
axsam.az

1Mənbələr