AZ

“Goodyear” Azərbaycanda güclənir “Radius”la əməkdaşlıqdan nə gözlənilir?

Qafqazinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Goodyear” brendi uzun fasilədən sonra Azərbaycan bazarında mövqeyini daha da gücləndirməyi planlaşdırır. “Radius” şirkətinin baş ofisində keçirilən infosessiyada bu barədə məlumat verilib. 

Jurnalistlər, bloqerlər və digər avtomobil ekspertləri, eləcə də şirkət əməkdaşlarının iştirak etdiyi tədbirdə “Goodyear” təmsilçiləri brendin məhsulları, texnologiyaları və qlobal fəaliyyəti barədə təqdimat edib.

Dünyanın 19 ölkəsində 49 istehsal müəssisəsi olan “Goodyear” sürücülərə və korporativ park sahiblərinə premium səviyyəli şinlər və mobillik həlləri təqdim edir.

Şirkətin texnologiya və performans standartlarını müəyyən edən ən müasir məhsul və xidmətləri isə ABŞ və Lüksemburqda yerləşən 2 innovasiya mərkəzində hazırlanır. 

Eagle F1 və Eagle Sport seriyaları brendin məhsul portfelinin genişliyi, yüksək performans və etibarlılığının göstəricisidir. Eagle F1-in Asymmetric 6 şini son vaxtlarda müxtəlif testlərdə yüksək nəticələrlə fərqlənib. Vector AllSeason və EfficientGrip şinləri innovasiya axtarışında olan müştərilərin etimadını qazanmaqla yanaşı, geniş istifadəsi ilə seçilir. 

Media nümayəndələrinin suallarına cavab olaraq bildirilib ki, elektrik avtomobillərinin artan populyarlığı fonunda Avropa, Yaxın Şərq və Afrika regionu üçün “Goodyear” şinlərinin böyük hissəsi EV-ready (elektrik avtomobillərinə uyğun) istehsal olunur. 

Elektrik avtomobilləri üçün uyğun şinlərin fərqini izah edən şirkət təmsilçisi vurğulayıb ki, elektrikli nəqliyyat vasitəsi daxiliyanma mühərrikli nəqliyyat vasitəsinə nisbətən, enerjisinin daha çox hissəsini faydalı hərəkətə çevirir və bu da diyirlənmə müqavimətinin təsirini artırır, onu ümumi nəqliyyat vasitəsinin səmərəliliyində daha əhəmiyyətli amil halına gətirir. Bu nəqliyyat vasitələri, adətən, daxiliyanma mühərrikli oxşar nəqliyyat vasitələrinə nisbətən daha ağırdır.

“Goodyear” təkər portfelini müstəsna təkər performansına xələl vermədən səmərəliliyi optimallaşdırmaq üçün dizayn edir. 

“Şin texnologiyasının inkişafı istiqamətində öhdəliyimiz fəaliyyət göstərdiyimiz bütün bazarlarda davam edir. Bunun ən son nümunələrindən biri regionun qış şəraitinə uyğun olaraq hazırlanmış “Winter Command” seriyasıdır. Bu yeniliklər müxtəlif iqlim, yol şəraiti və sürücülük tələblərinə uyğun şinlərin hazırlanmasına verdiyimiz önəmin göstəricisidir” – “Goodyear” təmsilçisi belə bildirib.

“Goodyear”in Azərbaycan bazarında mövqeyini gücləndirmək planına gəldikdə, şirkət nümayəndələri bildiriblər ki, “Radius” kimi güclü pərakəndə xidmət şəbəkəsi ilə əməkdaşlıq sürücülərin və korporativ müştərilərin düzgün məhsullara, keyfiyyətli xidmətə və etibarlı standartlarına çıxışını təmin edə bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
12
qafqazinfo.az

1Mənbələr