AZ

II Liqa: Tura Qubada yekun vurulur

Azərbaycan II Liqasında XXI tur başa çatır.

Fanat.Az xəbər verir ki, 6 apreldə start götürən tura bu gün keçiriləcək bir oyunla yekun vurulacaq.

Turun bağlanış matçı Qubada baş tutacaq. Eyni adlı komanda azarkeşləri önündə "Şəki Siti" ilə üz-üzə gələcək.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Göygöl” “Ağdaş”a uduzub (0:2), “Araz Saatlı” “Ağstafa Gəncləri”ni (7:1), "Qaradağ Lökbatan" "Dinamo"nu (5:0), "Xankəndi" "Şirvan"ı (5:1) və "Kür-Araz" "Şəmkir"i üstələyib. 

Azərbaycan II Liqası
XXI tur
9 aprel 

“Quba” – “Şəki Siti”
Hakimlər: Murad Səlimov, Əhməd Əhmədsoy, Ruslan Məmmədov, Hacıağa Həsənov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Namiq Əliyev
Quba OİK stadionu, 16:00

Seçilən
12
fanat.az

1Mənbələr