AZ

"Qapı" konsepsiyası Azərbaycan-Litva üçün faydalı praktik tərəfdaşlıqdır - İnqa Ruqinene (ÖZƏL)

Bakı. Trend:

Azərbaycanın Litva üçün Mərkəzi Asiyaya “qapı”, Litvanın isəAzərbaycan üçün Baltik ölkələrinə “qapı” rolunu oynaması iki ölkəmünasibətlərində ən perspektivli strateji ideyalardan biridir.

Bunu Trend-ə özəlmüsahibəsində Bakısəfəri çərçivəsində Litvanın Baş naziri İnqa Ruqinene bildirib.

“Azərbaycan Avropanı Mərkəzi Asiya və daha geniş Xəzər regionuilə birləşdirməkdə mühüm coğrafi və siyasi rol oynayır. Litva isəöz növbəsində Baltik regionuna, Şimali Avropaya və Avropaİttifaqının daxili bazarına çıxış üçün əlverişli mövqedə yerləşir,buna onun nəqliyyat infrastrukturu, logistika sektoru və Klaypedalimanı da daxildir.

Litva üçün bu, yalnız dar mənada ticarət məsələsi deyil. Söhbəthəm də dəyişən geosiyasi mühitdə dayanıqlı qarşılıqlı əlaqələrinformalaşdırılmasından gedir. Rusiyanın Ukraynaya qarşı təcavüzüAvropanı tədarük zəncirlərini, tranzit marşrutlarını və ümumilikdəAvrasiya məkanında əlaqəlilik arxitekturasını yenidən nəzərdənkeçirməyə məcbur edib. Bu kontekstdə Avropa, Cənubi Qafqaz vəMərkəzi Asiya arasında əlaqələri gücləndirən marşrutlar getdikcədaha böyük strateji əhəmiyyət qazanır.

Ruqinene “qapı” konsepsiyasını hər iki tərəf üçün faydalıpraktik tərəfdaşlıq kimi qiymətləndirdiyini diqqətə çatdırır.

“Azərbaycan şərq istiqamətində yeni marşrutların və imkanlarınaçılmasına töhfə verə bilər, Litva isə qərbə – Baltik və Şimaliregionlara, həmçinin daha geniş Avropa İttifaqı bazarına çıxışıtəmin edə bilər. Daha inkişaf etmiş nəqliyyat əlaqələri, biznestəmasları və institusional əlaqələndirmə ilə bu istiqamətuzunmüddətli əməkdaşlığın mühüm sahəsinə çevrilə bilər”, – Başnazir bildirib.

Məqalədə:
Seçilən
15
az.trend.az

1Mənbələr