AZ

İsrail qırıcıları 10 dəqiqədə 100 nöqtəni vurdu

İsrail ordusu, İran ilə əldə olunmuş atəşkəsə baxmayaraq, Livan daxilində genişmiqyaslı hava hücumları təşkil edib. 

Yüzlərlə insanın öldüyü və yaralandığı bu hücumlar, mövcud münaqişə dövrünün ən böyük hava əməliyyatı olub.

"Cebheinfo.az" xəbər verir ki, İsrail tərəfi hücumların 10 dəqiqə kimi qısa bir müddətdə 100-dən çox mərkəzi hədəf aldığını açıqlayıb.

Bombardman zamanı Beyrutun cənub məhəllələri, Livanın cənub bölgələri və Bekaa vadisi birbaşa hədəfə alınıb. 

Livan Səhiyyə Nazirliyi hücumlarda ən azı 254 nəfərin həyatını itirdiyini, 890 nəfərin isə yaralandığını duyurub. Ölü sayının artacağından narahatlıq keçirilir.

Hücumlar İsrail Baş Nazirliyi və ABŞ rəhbərliyindən gələn açıqlamalardan sonra baş verib. Vaşinqton və Tel-Əviv İran ilə bağlanan atəşkəs sazişinin Livandakı qarşıdurmaları əhatə etmədiyini bildiriblər.

"Hizbullah" isə sazişdən bəri hər hansı bir hücumu üzərinə götürməsə də, qisas almaq hüququnun saxlandığını bəyan edib və məcburi köçkün düşmüş ailələrə evlərinə dönmək üçün rəsmi açıqlama gözləmələri barədə xəbərdarlıq edib.

Müharibənin başladığı 28 fevraldan bəri Livanda aralarında 130 uşağın da olduğu 1700-dən çox insan həyatını itirib.

Əhalinin beşdə birinə bərabər olan 1,2 milyondan çox insan didərgin düşüb. Məktəblərin sığınacaqlara çevrildiyi ölkədə bir çox ailə küçələrdə və ya avtomobillərində yaşam mübarizəsi aparır.

Livan hökuməti İsrail ilə birbaşa danışıqlara açıq olduğunu bildirsə də, İsrail rəhbərliyi bu təklifə hələlik cavab verməyib.

Seçilən
43
2
cebheinfo.az

3Mənbələr