Gəncədə iki avtomobilin iştirakı ilə yol qəzası baş verib.
"Cebheinfo.az" xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.
“Chevrolet” və “VAZ” markalı minik avtomobilləri toqquşması nəticəsində 16 yaşlı Müzəffər Qədimov və 73 yaşlı Mübariz Məmmədov xəsarət alıb.
Həkimlərin müdaxiləsinə baxmayaraq, M. Məmmədovun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"