AZ

İran nümayəndə heyəti ABŞ ilə danışıqlar üçün İslamabada yollanacaq

“İran nümayəndə heyəti bu axşam ABŞ-la danışıqlar aparmaq məqsədi ilə Pakistanın paytaxtı İslamabada səfər edəcək”.

Missiya.Az xəbər verir ki, bu barədə İranın Pakistandakı səfiri Rza Əmiri Müqəddəm özünün “X” sosial media hesabında məlumat yayıb.

Diplomatın sözlərinə görə, görüş zamanı danışıqlar İranın təklif etdiyi 10 bəndlik plan əsasında aparılacaq.

“İsrail rejiminin diplomatik təşəbbüsü pozmaq məqsədilə atəşkəsi dəfələrlə pozması İran ictimaiyyətində şübhələr yaratsa da, Pakistanın Baş naziri Şahbaz Şərifin dəvəti ilə İran nümayəndə heyəti bu axşam ABŞ ilə ciddi danışıqlar aparmaq üçün İslamabada yollanacaq. Danışıqlar İranın irəli sürdüyü 10 bəndlik təklif əsasında keçiriləcək”, - deyə Müqəddəm vurğulayıb.

Daşqın HəsənovMissiya.Az

Seçilən
26
missiya.az

1Mənbələr