AZ

UEFA Avropa Liqası: İngiltərə klublarının səfər sınağı

Bakı, 9 aprel, AZƏRTAC

Bu gün UEFA Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində daha 3 görüş keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bütün qarşılaşmalar Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

İngiltərə təmsilçilərindən “Aston Villa” İtaliyada “Bolonya”nın, “Nottingem Forest” Portuqaliyada “Portu”nun qonağı olacaq. Almaniya “Frayburq”u isə öz meydanında İspaniyanın “Selta” komandasını qəbul edəcək.

Bu raundun ötən gün baş tutan matçında Portuqaliya “Braqa”sı evdə İspaniyanın “Real Betis” kollektivi ilə 1:1 hesablı heç-heçə edib.

Qeyd edək ki, 1/4 final mərhələsinin cavab oyunları aprelin 16-da keçiriləcək.

Seçilən
33
5
azertag.az

7Mənbələr