AZ

“Vulkan” ASC-nin bütün rəhbərliyi dəyişəcək – TOPLANTI

 “Vulkan” ASC-nin rəhbərliyi tam heyətlə dəyişəcək.

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu məsələ ASC-nin səhmdarlarının növbəti illik yığıncağında müzakirə ediləcək.

23 may 2026-cı il saat 11.00-da “Vulkan” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək. Yığıncağın gündəliyi:

1. Səhmdar cəmiyyətin idarəetmə orqanlarının 2025-ci il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin yekunları barədə hesabatı və balansın təsdiqi.

2. Səhmdar cəmiyyətin idarəetmə orqanlarının növbədənkənar formalaşması (direktorlar şurası, idarə heyətinin və təftiş komissiyasının seçilməsi).

3. Səhmdar cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin auditor yoxlaması ilə əlaqədar müstəqil auditor təyin edilməsi haqqında.

4. Digər məsələlər.

Ümumi yığıncaqda bütün səhmdarların iştirakı vacibdir. Əlaqə nömrəsi: 070- 373-58-73. Ünvan: Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi (səhmdar cəmiyyətin inzibati binası).

 

 

Seçilən
0
2
fed.az

5Mənbələr